BAKI, 27 iyun. TELEQRAF

Yardımlı rayonunda yabanı halda birmiş xaş-xaş kolları aşkar olunub.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Alar kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 1650 kiloqram olan 9200 ədəd xaş-xaş kolu yandırılaraq məhv edilib.