BAKI, 20 iyun. TELEQRAF
Ömürlük məhkum "Gəncəli Mübariz" kimi tanınan Mübariz Niyazovun oğlu Ramin Niyazov iş adamı Eldəniz Verdiyev barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb.
Teleqraf xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Ramin Niyazovun şikayəti təmin edilməyib, Eldəniz Verdiyev barəsində təqsirləndirilən şəxs qismində ittiham verilməsi ilə bağlı bəraət qərarı çıxarılıb.
Qeyd edək ki, Ramin Niyazov sosial şəbəkələrdə və media resurslarında Eldəniz Vəliyevin ona ağır və xüsusi ağır cinayətlərdə ittiham edərək böhtan atdığını iddia edərək xüsusi ittiham qaydasında həbs edilməsini istəyib.