BAKI, 7 iyun. TELEQRAF

İyunun 6-da Nəsimi rayonu ərazisində yerləşən dayanacaqların birindən paytaxt sakininə məxsus “Hyundai” markalı avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı C.Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.