GƏNCƏ, 5 iyun. TELEQRAF

Gəncədəki 2 saylı İstintaq Təcridxanasında saxlanılan şəxsin ölümü qeydə alınıb.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, 1979-cu il təvəllüdlü Sadıqov Vədət Vaqif oğlu təcridxanada dünyasını dəyişib.

İlkin ehtimallara görə, 46 yaşlı məhbus ciyər qanaxmasından vəfat edib.

Məlumata görə, o, məhkəmənin hökmü ilə 3 il azadlıqdan məhrum edilibmiş.