BAKI, 17 aprel. TELEQRAF
2023-cü ildən bəri ABŞ-də kosmos və nüvə fizikası tədqiqatları ilə məşğul olan ən azı səkkiz alim yoxa çıxıb və ya müəmmalı şəraitdə ölüb.
Teleqraf xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
NASA mütəxəssisi 59 yaşlı Maykl Hiks 2023-cü il iyulun 30-da qəfil vəfat edib. Ölüm səbəbi açıqlanmadı. O, kometlər və asteroidləri araşdırırdı.
Los-Alamos Milli Laboratoriyasından (Nyu-Meksiko) 53 yaşlı Milissa Kasias 2025-ci il iyunun 26-da itkin düşüb. O, nüvə silahlarının hazırlanması üzərində işləyirdi.
Bu siyahıda sonuncu şəxs 2026-cı il fevralın 27-də yoxa çıxan ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş general-mayoru Uilyam Makkaslanddır. 68 yaşlı zabit əvvəllər Hərbi Hava Qüvvələrinin Tədqiqat Laboratoriyasının rəhbəri vəzifəsində çalışıb, Los-Alamos Mərkəzi ilə əlaqəli olub. Məlumata görə, Makkaslandın uçan naməlum obyektlərlə (UNO) bağlı yüksək məxfi məlumatlara çıxışı var idi.