BAKI, 17 aprel. TELEQRAF

Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə 20-23 aprel tarixlərində Astanaya dövlət səfəri edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat verib.

Yüksək səviyyəli danışıqlar zamanı iki ölkə arasında siyasi, ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq.