BAKI, 17 aprel. TELEQRAF

“Ərazi bölgüsünə əsasən, "Yüksəliş" üçün qeydiyyatdan keçənlərin əksəriyyəti Bakı, Abşeron-Xızı və Qarabağ iqtisadi rayonlarını təmsil edir”.

Teleqraf xəbər verir ki, bunu Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev mətbuat konfransında deyib.

“İştirakçıların yaş bölgüsünə nəzər saldıqda müsabiqə üzrə müəyyən edilmiş 21–51 yaş meyarı çərçivəsində 21–30 yaş aralığında 6 248 nəfər, 31–40 yaş aralığında 8 974 nəfər, 41–51 yaş aralığında isə 2 429 nəfərin iştirak etdiyi müşahidə olunur”,- o bildirib.