BAKI, 17 aprel. TELEQRAF
"Azərbaycan Beynəlxalq İnvestisiya Forumu hər il “Sea Breeze”də keçirməyi planlaşdırırıq. Bununla yanaşı, Azərbaycan–Rusiya illik biznes forumunun da məhz burada keçirilməsini təklif edirik".
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında çıxışı zamanı Şuranın İdarə Heyətinin sədri və “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov deyib.
Onun sözlərinə görə, bu, iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək.