KÜRDƏMİR, 17 aprel. TELEQRAF
"Təxminən 6 il sonra buraya qatarla ilk rəmzi səfər baş tutdu və bu stansiyanın yenidən xidmətə verilməsi dəmir yolları üçün əlamətdar hadisədir".
Teleqraf -ın Kürdəmirə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu "Azərbaycan Dəmir Yollar"ının (ADY) sədrinin müavini Arif Ağayev Kürdəmir Dəmiryol Stansiyasının əsaslı təmirdən sonra açılışı ilə bağlı tədbirdə deyib.
O bildirib ki, Kürdəmir coğrafi yerləşməsinə görə həm ölkəmizdən keçən beynəlxalq dəhlizlər, həm də ölkədaxili marşrutlar üzərində mühüm mövqeyə malikdir.
""Azərbaycan Dəmir Yolları"nın buraya qatar səfərlərini bərpa etməsi ilə bu üstünlük artıq sərnişindaşımada da hiss olunacaq", - o vurğulayıb.