BAKI, 17 aprel. TELEQRAF

““Yüksəliş” müsabiqəsinin iştirakçılarının fəaliyyət sahəsinə görə bölgüsü də diqqət çəkir. Qeydiyyatdan keçənlərin 52,76 faizi dövlət sektorunda, 45,04 faizi özəl sektorda, 1,24 faizi qeyri-hökumət təşkilatlarında, 0,95 faizi isə beynəlxalq qurumlarda fəaliyyət göstərir”.

Teleqraf xəbər verir ki, bunu Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev mətbuat konfransında deyib.

F.Hacıyev qeyd edib ki, müsabiqə iştirakçılarının bakalavriat üzrə təhsil göstəricilərinə nəzər saldıqda onların böyük əksəriyyətinin ali təhsilini Azərbaycanda aldığı görünür:

“16 554 nəfər iştirakçı bakalavriat təhsilini Azərbaycanda alıb. Xaricdə bakalavriat təhsili almış iştirakçıların ümumi sayı 1 097 nəfərdir. Onlardan 871 nəfər bakalavriat təhsilini yalnız xaricdə, 226 nəfər isə həm Azərbaycanda, həm də xaricdə alıb”.