BAKI, 26 may. TELEQRAF
Bakının Qaradağ rayonunda iki yaşlı qız hamamda boğularaq ölüb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə Sahil qəsəbəsi Xəqani küçəsi ev 1 “A” mənzil 12 ünvanında qeydə alınıb.
2023-cü il təvəllüdlü Nilay Təbriz qızı Məmmədova yaşadığı mənzilin hamam otağında vannada boğularaq ölüb.
Faktla bağlı araşdırmalar aparılır.