BAKI, 3 aprel. TELEQRAF
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail və ABŞ-yə qarşı qisas əməliyyatının 93-cü mərhələsinə başlayıb.
Teleqraf xəbər verir ki, SEPAH-ın məlumatına görə, İran Hayfa, Kəfr Kana və Krayotdakı hərbi obyektlər də daxil olmaqla, İsrailin şimal və mərkəzi bölgələrindəki hədəflərə hücum edib.
İran dövlət televiziyası bəyanatdan sitat gətirib: "Gerçək vəd 4" əməliyyatının 93-cü dalğası işğal olunmuş ərazilərin şimalında və mərkəzindəki hədəflərə qarşı həyata keçirilib. Qərbi Qalileya, Hayfa, Kəfr Kana və Krayotdakı sionist mərkəzləri və onların döyüş dəstəyi vuruldu".