BAKI, 3 aprel. TELEQRAF
"Ankara İrana hücumu təsdiqləmir və İranın regional ölkələrə qarşı cavab tədbirlərini dəstəkləmir".
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında bildirib.
Ərdoğan Netanyahunun aqressiv siyasətinə qarşı çıxmağın vacibliyini və Qüdsün statusunun pozulmasının yolverilməzliyini qeyd edib.