GƏNCƏ, 24 may. TELEQRAF

Gəncənin Səfəvilər küçəsində qeydə alınan yanğın söndürülüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, yanğının elektrik naqillərində yaranan qısaqapanma səbəbindən baş verdiyi ehtimal olunur.

***

12:06

Gəncə şəhərinin Səfəvilər küçəsində yerləşən evdə yanğın başlayıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə yerinə iki yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb olunub.

Hazırda alovun söndürülməsi istiqamətində iş aparılır.