BAKI, 23 aprel. TELEQRAF

Nərimanov rayonu ərazisində yerləşən kafelərin birindən 600 manat dəyərində məişət əşyaları və bank kartı oğurlanıb.

Daxili İşlər Nazirliyindən Teleqraf-a verilən məlumata görə, daha sonra oğurluq edən şəxs həmin kartla 300 manat dəyərində alış-veriş edib.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Ə.Əliyev müəyyən olunaraq saxlanılıb.

Bundan başqa Nizami rayonunda bir nəfərə məxsus “Kia” markalı avtomobildən içərisində 70 manat, 100 dollar və bank kartları olan pulqabını oğurlayan 28 yaşlı C.Ələsgərov da saxlanılıb.

Araşdırmalar aparılır.