BAKI, 19 aprel. TELEQRAF

Ağcabədi rayonunun Rəncbərlər kəndində ümumi sahəsi 20 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.