BAKI, 9 aprel. TELEQRAF
Kürdəmir rayonunun Sor Sor kəndində ümumi sahəsi 120 m² olan kürsülü birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 65 m² sahədə yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb