
BAKI, 20 fevral. TELEQRAF
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 xilasetmə əməliyyatı keçirilib.
Nazirlikdən Teleqraf-a verilən məlumata görə, həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-i uşaq olmaqla 5 nəfərə müvafiq köməklik göstərilib.