
BAKI, 18 fevral. TELEQRAF
Bakıda sərnişinə əxlaqsız təkliflər edən və sükan arxasında əxlaqsız videolara baxan taksi sürücüsü həbs edilib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, A.Yusifova adlı xanım xidmətindən istifadə etdiy taksi sürücüsünün əməlləri ilə bağlı şikayət edib.
O bildirib ki, mobil tətbiq vasitəsilə taksi çağırıb və restorandan çıxaraq maşına əyləşib: “Lakin yol boyu sürücü əxlaqsız videolara baxırdı və mənim də həmin videoları görməyim üçün çalışırdı. Maşından düşüb evə getdikdən sonra taksi sürücüsü mobil tətbiqdən nömrəmi əldə edərək, əxlaqsız təkliflər etməyə başladı”.
A.Yusifovanın şikayəti ilə bağlı araşdırma aparılıb və fakt təsdiqini tapıb.
Binəqədi Rayon Məhkəməsinin verdiyi qərarla taksi sürücüsünə 7 sutkalıq həbs cəzası təyin edilib və o, müvəqqəti saxlanma yerinə göndərilib.