
BAKI, 20 Fevral. TELEQRAF
Bakının Suraxanı rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 35 m² olan 1 otaqlı mənzilin mətbəxində lambirdən ibarət tavan 3 m² sahədə və 2 ədəd məişət avadanlığı yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.