BAKI, 15 Fevral. TELEQRAF

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, fevralın 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 1 tapança, 17 qumbara, 16 tüfəng, 15 patron darağı və 556 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.