Bakının Qaradağ rayonu ərazisində silsilə oğurluqlar edən şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qaradağ rayonu ərazisində yerləşən 2 mağazadan 2040 manat dəyərində 6 təkərin, həmçinin bir nəfərin avtomobilindən akkumulyator və mobil telefonun oğurlanması barədə polisə məlumatlar daxil olub.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 45 yaşlı Ş.Zərbəliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.