Quba rayonunda 5 otaqlı ev yanıb.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Quba rayonunun İkinci Nügədi kəndində ümumi sahəsi 220 m² olan birmərtəbəli mansarda tipli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Bitişik talvar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.