Gürcüstanın dövlət sərhədini qanunsuz keçən altı xarici ölkə vətəndaşı saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, Türkiyə vətəndaşı 5 nəfəri "Sarpi" sərhəd-keçid məntəqəsindən idarə etdiyi yük maşınında Gürcüstana qanunsuz keçirib.

Türkiyə vətəndaşları məntəqə ərazisində saxlanılıblar.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsləri 4 ildən 8 ilədək həbs cəzası gözləyir.