Türkiyənin Kocaeli vilayətində yaşayış binasında partlayış baş verib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə vilayətin valisi Əlhami Aktaş məlumat verib.
Onun sözlərinə görə, 3 mərtəbəli binada baş verən partlayışda 10 nəfər xəsarət alıb.
Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.