Şabran şəhərində kolbasa sexinin ərazisində ümumi sahəsi 20 m² olan tikilinin içərisində quraşdırılan elektrik lövhəsində 3 ədəd qoruyucu açar və 5 p.m. elektrik kabeli yanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb