Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, naməlum şəxs zərərçəkənə yaxınlaşaraq onun mobil telefonunu və içərisində sənədləri olan çantasını talayıb.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Mustafayev Sərxan saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.