Qax rayonunun Qum kəndində birmərtəbəli, 2 otaqlı ev yanıb.

Teleqraf.com xəbər verir ki, ümumi sahəsi 80 m² olan, kürsülü, birmərtəbəli, 2 otaqlı evin çardağının yanar konstruksiyaları 30 m² sahədə alışıb

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.