Bakıda qadın özəl xəstəxanada ayağının amputasiyası zamanı ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş prokurorluğun mətbuat xidmətindən bildirilib.

Avqustun 29-da 1961-ci il təvəllüdlü Nailə Mustafayevanın Xətai rayonunda yerləşən “Medica Hospital” xəstəxanasında sağ ayağının amputasiyası cərrahi əməliyyatı zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.