Sumqayıt Perinatal Mərkəzində ölüm hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, iyulun 4-də 1985-ci il təvəllüdlü Fəttayeva Günel Əhəd qızının Sumqayıt Perinatal Mərkəzində cərrahiyyə əməliyyatı zamanı ölməsi faktı üzrə Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.