Yasamal rayon prokurorluğunda 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə araşdırma başlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, ilkin ehtimallara əsasən, şagirdlər quş əti tərkibli qidadan zəhərlənib.
Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə təhsil müəssisəsinin bufetindən qida nümunələri götürülüb və müvafiq ekspertizalar təyin edilib.
Qeyd edək ki, A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə şagirdlər qidadan zəhərlənib. Baş verən hadisə ilə əlaqədar qurumun tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub.
Təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb edilib. 6 nəfər (dördü qız, ikisi oğlan olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib.