Bakının Nizami rayon İcra Hakimiyyəti başçısının köməkçisi Mehtiyev Rauf Məhi oğlu intihar edib.

Teleqraf.com xəbər verir ki, o gecə saatlarında özünü yaşadığı evin qarşısındakı borudan asıb. R.Mehtiyevin meyiti ailə üzvləri tərəfindən aşkarlanıb.

Baş Prokurorluqdan bildirilib ki, faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırmalar aparılır.