Yanvarın 16-da, saat 04 radələrində paytaxtın Yasamal rayon sakini 1980-ci il təvəllüdlü Gülnarə Qurbanova yaşadığı mənzilin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.