Sumqayıt şəhərində soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhəri 45-ci məhəllədə şəhər sakini A.Hüseynovun 183 manatının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən şəhər sakini, əvvəllər də soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Zahid Kazımov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.