Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə atəşkəsin pozulması iddialarını təkzib edib.

Teleqraf.com xəbər verir ki, nazirliyin feysbuk səhifəsində yayılan məlumatda bildirilib:

"Azərbaycan Ordusunun bölmələrinin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır və həqiqəti əks etdirmir".