Bakıda qətl törətməkdə təqsirləndirilən Sərxan Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.

Sərxan Dadaşov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən ilin sentyabrında paytaxtın Qaradağ rayonunda baş verib.

Lökbatan qəsəbəsi ərazisində 24 yaşlı Sərxan Dadaşov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qəsəbə sakinləri - 23 yaşlı Kamil Cəfərovu öldürüb, onun qardaşı 20 yaşlı Samir Cəfərova isə bıçaqla xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Sərxan Dadaşovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Xatırladaq ki, qətli törədən Sərxan Dadaşovun taksi sürücüsü kimi fəaliyyət göstərib, hadisənin qurbanı olan iki qardaşın isə ofisiant işləyib.