Bakıda yanğın hadisəsi qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində ümumi sahəsi 93 m² olan 2 otaqlı mənzilin mətbəxində mebel 2 p.m yanıb, yüksək temperaturdan televizor qarsalanıb.
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.