Bu gün Şirvan şəhərində dələduzluq etdiyi üçün saxlanılan Ülviyyə Balayeva vəzifəli şəxs olduğu üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, Ülviyyə Balayeva Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsinin sədri vəzifəsində çalışıb.
***
15:54
Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Ülviyyə Balayeva saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Ülviyyə Balayevan şəhər sakini olan bir vətəndaşın etibarından istifadə edərək, ona yüksək məvacibli yaxşı işlə təmin edəcəyi barədə vədlər verərək, onun 10000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Polis əməkdaşları həmin qadının digər analoji cinayətlərdə iştirakını da istisna etmir.
Əgər Ü.Balayevanın əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şirvan şəhər polis şöbəsinə məlumat vermələri xahiş olunur.