Bakı Dövlət Universitetinin tələbəsinin bədbəxt hadisə nəticəsində ölməsi ilə bağlı rəsmi məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, iyunun 5-i günorta saatlarında İsmayıllı rayonu Hacıhətəmli kəndi ərazisində 2000-ci il təvəllüdlü Ata Əliyevin idarə etdiyi traktor yoldan çıxaraq dərəyə aşıb.
Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, traktorda olan sərnişin, Hacıhətəmli kənd sakini Əfqan Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı İsmayıllı rayon polis şöbəsində cinayət işi başlanılıb.
İstintaq aparılır.
Qeyd edək ki, Ata Əliyev Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Coğrafiya müəllimliyi ixtisasının (Sabah qrupu) IV kurs tələbəsi olub.