Bərdə rayonunun Əmirli kəndi ərazisində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, kənd sakini N.Əmirovun idarə etdiyi “Mercedes” və Ağdam rayon sakini Ələmdar Qarayevin idarə etdiyi “VAZ-21063” markalı avtomobillər toqquşub.

Nəticədə xəsarət almış Ə.Qarayev xəstəxanaya aparılarkən yolda ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.