Mayın 3-də Şərur rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon sakinləri B.İsmayılovun idarə etdiyi “Mercedes” və M.Məmmədovun idarə etdiyi “VAZ-21041” markalı avtomobillər toqquşub.

Nəticədə M.Məmmədovun sərnişini Nurgül Bağırova xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Şərur rayon Polis İdarəsində araşdırma aparılır.