Şirvan şəhərində ikimərtəbəli orta məktəb binasına bitişik, ümumi sahəsi 150 m² olan tikilinin (bufet, emalatxana və anbar) içərisində 5 m² sahədə stol-stullar qismən yanıb, yüksək temperaturdan lambirindən ibarət tavan əriyib.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.