Beyləqan rayonunun Mil qəsəbəsində ümumi sahəsi 120 m² olan birmərtəbəli yeməkxana binasının qamış və lambirindən ibarət tavanı 106 m² sahədə yanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytı məlumat yayıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.