Bakıda avtomobil sexində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a veriilən məlumata görə, Nəsimi rayonunda ümumi sahəsi 43 m² olan avtomobil təmiri sexinin dam örtüyünün taxta atmaları qismən və lambirindən ibarət tavanı yanıb.

Hadisə nəticəsində sexin içərisində təmirə dayanan "Ford " markalı minik avtomobilinin yanar hissələri və avadanlıqlar, bitişik ümumi sahəsi 25 m² olan digər sexin dam örtüyünün taxta atmaları da 5 m² sahədə yanıb.

Hər iki sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.