Bakıda restoranda liftin qırılması faktı ilə bağlı araşdırma aparılır.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Səbail rayonunda yerləşən restoranda liftin qırılması faktı ilə bağlı Səbail rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Qeyd edək aprelin 5-də paytaxtın Səbail rayonunda yerləşən restoranlardan birində liftin qırılması nəticəsində iki nəfər ağır xəsarət alıb.

Hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. 1988-ci il və 1978-ci il təvəllüdlü şəxslər hadisə nəticəsində çoxsaylı travmalar alıblar.

Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar var. Hər iki şəxs reanimasiyaya yerləşdirilib.