Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, martın 13-də saat 20 radələrində şəhər ərazisində E.Bəkirov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 30-35 yaşlı qadını vurub.

Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Bundan başqa, martın 13-də saat 4 radələrində Sumqayıt şəhəri ərazisində Ə.Nəcəfov idarə etdiyi “KamAZ” markalı yük avtomobililə 30-35 yaşlı kişini vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.