Bakı şəhəri Hövsan qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqdakı məzarların birindən sinə daşı oğurlanıb.
Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 9-da Hövsan qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqdakı məzarların birindən sinə daşını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədov müəyyən edilərək saxlanılıb.