Quba rayon polis şöbəsi əməkdaşlarının narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat zamanı Bakı şəhər sakini Mehman Səmədov və onun tanışı Ceyhun Xanmirzəyev saxlanılıblar.

Teleqraf.com xəbər verir ki, əməliyyat-axtarış tədbirləri zamanı Mehman Səmədova məxsus həyətyanı sahəyə baxış keçirilib.

Oradan xüsusi aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən, hündürlüyü 5 sm-dən 245 sm-dək olan və yaş halda ümumi çəkisi 501 kq-dan çox olan 1 235 ədəd narkotik tərkibli çətənə kolları və onun şitilləri, eyni zamanda, 15 kq-dan artıq narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb.

Hər iki şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.