Bakının Pirallahı rayonu ərazisində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, rayon sakinləri Rüfət Yunusovun və E.İbrahimovun idarə etdikləri “VAZ” markalı 2 avtomobil toqquşub.

Nəticədə R.Yunusov xəsarətlə xəstəxanaya yerləşdirilmiş və orada ölüb.

Faktla bağlı Pirallahı rayon Polis İdarəsində araşdırma aparılır.