Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Banbaşı kəndi ərazisində rayon sakini R.Ağayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən kənd sakini Şayin Feyzullayevanı vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Masallı rayon polis şöbəsində araşdırma aparılır.